Modern.az

Mərkəzi Bank uçot dərəcəsini azaldıb

Mərkəzi Bank uçot dərəcəsini azaldıb

Aktual

30 İyul 2020, 12:07

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsini 0,25 faiz azaldılaraq 7%-dən 6,75%-ə endirilməsi barədə qərar qəbul edib. 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

Onun sözlərinə görə, faiz dəhlizinin yuxarı həddi 7,25%, aşağı həddi isə 6,25% müəyyən olunub.

"Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalından aşağı olması, beynəlxalq konyukturada yaxşılaşma meyilləri, valyuta bazarında stabitliyin davam etməsi, pandemiyanın təsiri nəticəsində tələbin zəifləməsi, inflyasiya meyillərinin azalması səbəbilə qəbul edilmişdir",- Elman Rüstəmov bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV