“Qorunan əmanətlərin tam sığortalanması haqqında” Qanunun qüvvədə olma müddəti ilin sonundaək uzadılıb. Hazırda bu qanun qüvvədədir.
Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.
E.Rüstəmov qeyd edib ki, qanuna hansısa dəyişiklik edilməsi nəzərdə tutulmayıb:
“İlin sonunda situasiyadan asılı olaraq müddətin uzadılıb-uzadılmaması ilə bağlı qərar qəbul olunacaq”.
E.Rüstəmov deyib ki, hazırda İqtisadiyyat Nazirliyi pandemiya dövründə dəyən zərərlə bağlı qiymətləndirmələr aparır.
“Həmin rəqəmlər bəlli olsa da, etik baxımdan bunu nazirlik özü açıqlamalıdır”.