Modern.az

Məktəb direktoru yanlışlığa yol verdiyini ETİRAF ETDİ

Məktəb direktoru yanlışlığa yol verdiyini ETİRAF ETDİ

Aktual

31 Avqust 2020, 12:54

Saatlı rayonu Yeni Novruzlu kənd orta məktəbinin direktoru Elnur Rzayev  Modern.az-a məzuniyyət vaxtı avtobus sürücüsü işlədiyini təkzib edən açıqlama verib. O, sosial şəbəkələrdə yanlışlığa yol verdiyini vurğulayıb:


“Mən orada yazmamışdım ki, BNA-da işə başlamışam, avtobus sürürəm və s. Mənim sükan arxasındakı şəklim təsadüfi bir şəkildir”.


Hansı işlə məşğul olmasına gəlincə, E.Rzayev bunun şəxsi məsələ olduğunu və açıqlamaq istəmədiyini deyib:


“Bunu xəbərə çevirəndə mənimlə dəqiqləşdirməli idilər. Çünki məlumat düzgün deyil, paylaşımımı da sildim, BNA-dan da yanlışlığa yol verdiyim üçün üzr istədim”.

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV