Modern.az

Gömrükdə tutulan pulların aqibəti necə olur…

Gömrükdə tutulan pulların aqibəti necə olur…

Aktual

18 Sentyabr 2020, 08:51

Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən mütəmadi olaraq həyata keçirilən tədbirlər nəticəsində dəfələrlə gömrük sərhədindən külli miqdarda vəsaiti bəyan etmədən keçirməyə cəhdlərin qarşısı alınıb.

 

Komitənin dünən yaydığı məlumata görə, gömrükçülər yoxlama zamanı Bakı-İstanbul aviareysi ilə gedən sərnişinin bel çantasının içərisində “Gəncə paxlavası” yazılan qutunun altından sellofan paketə bükülü vəziyyətdə gömrük nəzarətindən gizlədilmiş 105 min ABŞ dolları aşkar ediblər.

 

Maraqlıdır, bu və digər hallar zamanı maddi sübut kimi götürülən vəsaitin aqibəti necə olur?

Məsələ ilə bağlı DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, gömrük xidməti polkovniki Natiq Axundov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, maddi sübutun aqibəti məhkəmə qərarı ilə həll edilir.


N.Axundovun sözlərinə görə, gömrük qaydaları əleyhinə törədilən inzibati xəta və ya cinayət xarakterli faktlar zamanı gömrük orqanları tərəfindən aşkar olunaraq götürülmüş əşyaların (maddi sübutların) saxlancı inzibati xəta haqqında iş və ya cinayət təqibi üzrə icraat başa çatandək inzibati xətalar və ya cinayət prosessual qanunvericiliyinə uyğun təmin olunur:

 

“Sözügedən maddi sübutların taleyi (müsadirə olunması və ya qanuni sahibinə qaytarılması, həmçinin müəyyən olunmuş faiz miqdarında cərimə olunmaqla sahibinə qaytarılması) iş üzrə yekun məhkəmənin hökmü, yaxud digər qərarla, o cümlədən cinayət təqibinə xitam verilməsi haqqında qərarla həll olunur”.

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV