Modern.az

Prezidentin köməkçisi səfərbərlikdən DANIŞDI

Prezidentin köməkçisi səfərbərlikdən DANIŞDI

Aktual

28 Sentyabr 2020, 12:27

Azərbaycan Prezidenti tərəfindən qismən səfərbərlik elan olunub.

Modern.az-ın məlujmatına görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev birifinqdə bildirib.

H.Hacıyevq eyd edib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən plana uyğun olaraq tədbirlər həyata keçiriləcək:

 

“Bildiyiniz kimi, bir müddət əvvəl hərbi toplanışlar keçirilirdi. Toplanışlar davam etdiriləcək”.

 

Onun sözlərinə görə, ermənilər həmişə olduğu kimi bu dəfə də mülki əhalini hədəfə alıb:

“Naftalan rayonu ərazisində bir ailənin 5 üzvü həlak olub. Ailənin yaxınlarına baş sağlığı veririk. Ermənilər acizanə şəkildə mülki əhalini hədəf götürüblər. Bu gün səhərdən etibarən isə Tərtərə atəşə tutublar. Tərtərdəki xalça fabrikinə zərər yetirilib. Düşmən cavab atəşilə susdurulur”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada