“Kənd Təsərüffatı Nazirliyi olaraq arxa cəbhədə fəaliyyətin düzgün qurulması məqsədi ilə bölgələrdə, xüsusən təmas xəttindəki yaşayış məntəqələrində monitorinq aparırıq”.
Modern.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov bildirib.
V.Hüseynov qeyd edib ki, təmsil etdiyi qurum məsuliyyəti dərk edərək, arxa cəbhədə işlərin düzgün qurulması istiqamətində fəaliyyət göstərir:
“Əks-həmlə əməliyyatları ölkədə məhsul yığımının aktiv dövrünə təsadüf edir və vətəndaşlarımızı narahat edən məqamlar var. Əminliklə deyirik ki, bu gün insanlarımız istər məhsul yığımında, istərsə də, payızlıq şum əkinlərinin aparılmasında böyük səylə çalışırlar. Hazırda ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması üçün heç bir problem yoxdur və olmayacaq”.