“Dost və qardaş dəstəyini ifadə etmək üçün Türkiyənin Kocaeli şəhərində avtobusların elektron tablolarında Azərbaycan və Türkiyə bayraqları eləcə də “Tək millət iki dövlət” şüarı əks olunub”.
Modern.az-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
BNA rəsmləri birlik və bərabərlik nümayiş etdirdiklərinə görə Kocaelidən olan əziz həmkarlarına sonsuz təşəkkürlərini bildiriblər.