Modern.az

Düşmənin hücumu nəticəsində Baş Prokurorluğun əməkdaşı YARALANDI

Düşmənin hücumu nəticəsində Baş Prokurorluğun əməkdaşı YARALANDI

Aktual

4 Oktyabr 2020, 17:05

Erməni təxribatçılarının hücumu nəticəsində Azərbaycanın prorlurorluq əməkdaşı xəsarət alıb.

 

Modern.az-ın məlumata görə, bu barədə Baş Prokuror Kamran Əliyev MDB iştirakçı dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının katibi L.V.Yermolayev, Beynəlxalq Prokurorlar Assosiyasiyasının prezidenti Çul-ku Vanq və baş katibi Han Moral, BMT-nin İnsan hüquqları üzrə Ali komissarı Mişel Başle, Avropa Şurası İnsan Hüquqları üzrə Ali Komissarı Dunya Miyatoviç, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Baş katibi Hadi Sulemanpur və Türk Şurasının Baş katibi Baqdad Amreyevə rəsmi müraciətində bildirib.

 

"Döyüş şəraitində mümkün olan bütün istintaq tədbirlərini həyata keçirən əməkdaşlarımız sırasında fəaliyyət göstərən Ozal Həsənov ağırdərəcəli bədən xəsarəti alması nəticəsində cərrahi müdaxiləyə zərurət yaranıb", -deyə müraciətdə qeyd olunub. .

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV