Modern.az

Ermənistanın Gəncəni atəşə tutması nəticəsində yaralananlardan biri də 8 yaşlı qızcığazdır

Ermənistanın Gəncəni atəşə tutması nəticəsində yaralananlardan biri də 8 yaşlı qızcığazdır

Aktual

4 Oktyabr 2020, 17:11

Ermənistan silahlı qüvvələrinin Gəncəni artilleriya atəşinə tutması nəticəsində 1 nəfər ölüb, 32 nəfər yaralanıb. Xəsarət alanlardan biri də 8 yaşlı Banu İbrahimovadır.

 

Modern.az xəbər verir ki, başından yaralanan azyaşlı deyib ki, hadisə səhər saatlarında baş verib və ailəsi ilə birgə evdə olublar: “Səhər otaqda idik. Qardaşım, anam, nənəm, bir də mən. Mərmi atdılar evimizə düşdü. Başımdan yaralandım”.

 

Qeyd edək ki, erməni hərbçiləri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mülki əhalisinin sıx yaşadığı məntəqələrə zərbələr endirib. (AZƏRTAC)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV