Modern.az

Azərbaycanda 130 nəfər koronavirusa YOLUXDU

Azərbaycanda 130 nəfər koronavirusa YOLUXDU

Aktual

4 Oktyabr 2020, 18:20

Azərbaycanda bu gün koronavirus infeksiyasına 130 yeni yoluxma faktı qeydə alınıb, 142 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə son sutkada 1 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ümumilikdə 40 691 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 38 496 nəfər müalicə olunaraq sağalıb, 596 nəfər vəfat edib, aktiv xəstə sayı 1 599 nəfərdir. 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 794, ötən müddət ərzində isə ümumilikdə 1 137 121 test aparılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV