Modern.az

Ermənilərin Bakı-Tbilisi-Ceyhan neft kəmərini hədəf almasına XİN-dən REAKSİYA

Ermənilərin Bakı-Tbilisi-Ceyhan neft kəmərini hədəf almasına XİN-dən REAKSİYA

Aktual

7 Oktyabr 2020, 02:59

Ermənistan silahlı qüvvələri Yevlax rayonunda Bakı-Tbilisi-Ceyhan neft kəmərini vurmağa cəhd göstərib”.

 

Modern.az-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin tvitter hesabında bildirilir.

 

"Artıq erməni siyasi rəhbərliyinin bölgədə yaratdığı təhlükəsizlik risklərinə laqeydlik göstərilməməlidir", - paylaşımda deyilir. 

 

Qeyd edək ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə işğalçı ölkənin silahlı qüvvələri 06.10.2020-ci il tarixdə saat 21 radələrində regionun ən böyük strateji layihəsi, Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan Bakı-Tbilisi-Ceyhan neft kəmərini hədəfə almaqla kəmərin Yevlax rayon ərazisindən keçən hissəsinə raket zərbələri endirsə də, Ordumuzun qətiyyətli tədbirləri nəticəsində həmin terror cəhdinin qarşısı alınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV