Modern.az

Moskva və Tehran Dağlıq Qarabağdakı gərginlikdən narahatdır - Rəsmi

Moskva və Tehran Dağlıq Qarabağdakı gərginlikdən narahatdır - Rəsmi

Aktual

7 Oktyabr 2020, 08:13

Rusiya Xarici İşlər naziri Sergey Lavrovla iranlı həmkarı Cavad Zərif arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya XİN-nin mətbuat xidməti məlumat yayıb.

 

“Moskva və Tehranın Dağlıq Qarabağ münaqişəsi zonasında görünməmiş miqyasda eskalasiyadan ciddi narahatlıqları ifadə olunub. Suriya və Liviyadan qanunsuz silahlı qruplaşmaların münaqişəyə cəlb edilməsi təhlükəsi vurğulanıb”, - nazirlikdən bildirilib.

 

“Lavrov Rusiyanın həm milli potensialında, həm də ATƏT-in Minsk Qrupu həmsədrlərinin “üçlüyü” çərçivəsində regionda sülhün tezliklə bərqərar olması üçün intensiv səylərini qeyd edib. Nazirlər Azərbaycan və Ermənistanla qonşu olan ölkələrin bu məsələdə oynaya biləcəyi mühüm rolu bir daha vurğulayıblar”, - məlumatda deyilir.

Sizə yeni x var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV