Modern.az

Kanadanın Georgian Kollecindən: “Dualarımız sizinlədir”

Kanadanın Georgian Kollecindən: “Dualarımız sizinlədir”

Aktual

7 Oktyabr 2020, 11:08

 

Ermənistanın növbəti təcavüzü və Azərbaycan Ordusunun şanlı əks-həmlə əməliyyatlarından sonra Qərbi Kaspi Universitetinin tərəfdaşı olan dünyanın müxtəlif ölkələrinin nüfuzlu təhsil ocaqlarından Azərbaycanın haqq işinə dəstək ifadə edən məktublar daxil olmaqdadır.

 

Modern.az xəbər verir ki, universitetin partnyorlarından biri - Kanadanın Georgian Kollecinin beynəlxalq əlaqələr şöbəsinin məsul şəxsi Catherine Vellinganın məktubunda deyilir:

 

“Azərbaycanın şəhərlərinin bombalanması nəticəsində qarşılaşdığı dəhşətlərlə bağlı çox üzgünəm. Hal-hazırda dünyanı ağuşa alan problemlərinin içərisində siz bir də suverenliyinizi təhdid altına alan vəziyyətlə üz-üzəsiniz. Əmin olun ki, dualarımız sizinlədir. Hamımız ümid edirik ki, tezliklə bu təhlükə geridə qalacaq”.

Whatsapp
Bizə yazın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?