Modern.az

Azərbaycanlı şairin kitabı Türkiyədə çap olunub

Azərbaycanlı şairin kitabı Türkiyədə çap olunub

Aktual

7 Oktyabr 2020, 11:27

Gənc şair Ramil Əhmədin “Zaman tuneli” adlı kitabı Türkiyə türkcəsində işıq üzü görüb.

 

Mədəniyyət Nazirliyindən Modern.az-a verilən məlumata görə, şair-tərcüməçi Yurtsevən Şənin türkcəyə çevirdiyi əsər Türkiyənin “Zengin Yayıncılık” nəşriyyatı tərəfindən 5000 tirajla nəşr olunub.

 

Kitab Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsi çərçivəsində, “Azərbaycan Ədəbiyyatı Gənclik Seriyası” üzrə çap edilib. 

 

Məqsəd istedadlı gənc Azərbaycan şair və yazıçılarının Türkiyədə tanıdılmasıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV