Modern.az

Yasamalda elektrikin verilişində fasilə yaranıb

Yasamalda elektrikin verilişində fasilə yaranıb

Aktual

7 Oktyabr 2020, 13:20

Bu gün saat 12.20-də Bakının Yasamal rayonun  ərazisində elektrik enerjisinin verilişində 3 dəqiqəlik qısa fasilə yaranıb və 12.23-də enerji bərpa edilib.

 

Modern.az xəbər verir ki, bununla bağlı “Azərenerji” və “Azərişıq” birgə məlumat yayıb. 

 

Qeyd edilib ki, bu, SCADA dispetçer sistemində aparılan yenidənqurma əməliyyatı ilə bağlı olub: “Narahatlığa heç bir əsas yoxdur, enerji təminatı ən yüksək səviyyədədir”. 

 

Baş vermiş kiçik fasiləyə görə “Azərenerji” və “Azərişıq” səhmdar cəmiyyətləri abonetlərə üzürxaqlıq edib.

Whatsapp
Bizə yazın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?