Modern.az

Poroşenkonun vəziyyəti ağırlaşdı

Poroşenkonun vəziyyəti ağırlaşdı

Aktual

7 Oktyabr 2020, 14:13

Koronavirusa yoluxan Ukraynanın keçmiş Prezidenti Petro Poroşenkonun vəziyyəti qanın qatılaşması səbəbindən ağırlaşıb.

 

Modern.az xəbər verir ki, bu barədə eks-Prezidentin xanımı Marina Poroşenko açıqlama verib. O bildirib ki, həkimlər onun səhhətini izləmək üçün lazımi analizləri ala bilmirlər.

 

“Vəziyyəti daha da pisləşib, ağciyərlərində ikitərəfli sətəlcəm var, hazırda xəstəxanadadır, kompleks müalicə alır. Qanı qatılaşıb, hətta bu səbəbdən həkimlər onun sağlamlıq vəziyyətini nəzarətdə saxlamaq və xəstəliyin necə irəlilədiyini izləmək üçün analizlər ala bilmirlər”,-deyə M. Poroşenko bildirib.

 

Xatırladaq ki, sentyabrın 29-u P. Poroşenkonun koronavirusa yoluxduğu açıqlanmışdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV