Modern.az

UNEC Azərbaycan neftinin qiymətini bu il 48 dollar olacağını proqnozlaşdırır

UNEC Azərbaycan neftinin qiymətini bu il 48 dollar olacağını proqnozlaşdırır

Aktual

7 Oktyabr 2020, 14:23

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Azeri Light” markalı neftinin dünya bazarında qiymətinin proqnozunu yeniləyib.

 

Universitetdən Modern.az-a verilən məlumata görə, UNEC proqnozunda 2016-2023-ci illər üzrə “Azeri Light” neftinin dünya bazarında qiymətinin ekonometrik modelləşdirməsində COVID-19 pandemiyasının neftin qiymətinə təsiri nəzərə alınıb.

 

2020-ci ildə dünya bazarında “Azeri Light” neftinin 1 barelinin illik orta qiyməti 48 ABŞ dolları olacağı proqnozlaşdırılıb.

 

Proqnoza əsasən, 2021-ci ildə isə neftin dünya bazarında illik orta qiyməti hər barel üçün 62 dollar olacağı gözlənilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV