Modern.az

“Hicaz 313” şirkəti də orduya dəstək göstərib

“Hicaz 313” şirkəti də orduya dəstək göstərib

Aktual

7 Oktyabr 2020, 14:42

Qarabağın işğaldan azad olunması üçün Azərbaycan ordusunun apardığı müqəddəs mübarizəyə xalqımızın dəstəyi davam edir.

 

Modern.az xəbər verir ki, orduya dəstək məqsədilə xalq könüllü səfərbərliyə gedir, əsgərlərin ərzaq, su və s. ehtiyaclarını ödəmək üçün yardımlar edir. Bunlarla yanaşı, ölkəmizdə fəaliyyət göstərən şirkətlər də Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianələr etməklə ordumuza və dövlətimizə dəstək kampaniyasını həyata keçirirlər.

 

Ət və ət məhsullarının istehsalı ilə məşğul olan “Hicaz 313” MMC-də cəbhəyə qida məhsullarının göndərilməsi ilə kifayətlənməyərək Silahlı Qüvvələrinə Yardım Fonduna 10 min manat yardım etməyi də özünə borc bilib.

 

Həmçinin MMC rəhbərliyi digər şirkətləri də bu müqəddəs mübarizə də ordumuza dəstək olmağa çağırır.     

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV