Modern.az

Ceyhun Məmmədov: “Millətimiz uzun illərdi bu günləri gözləyirdi”

Ceyhun Məmmədov: “Millətimiz uzun illərdi bu günləri gözləyirdi”

Aktual

7 Oktyabr 2020, 15:15

“Cocuq Mərcanlıya ermənilər atəş açdıqları zaman sakinlərlə daim əlaqədə olmuşam. Eyni zamanda,  rayondan olan yaralı vətəndaşları xəstəxanalarda, hospitallarda ziyarət etmişik”.

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Cəbrayıldan olan deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, son günlərdə baş verən hadisələr Milli Məclisin iclaslarının vaxtına düşüb:

“Ayın 30-da Milli Məclisin iclası oldu, o ərəfələrdə hərbi vəziyyət elan olundu.Milli Məclisin həm komitə, həmdə plenar iclasları keçirildi. Ona görə cəbhə bölgəsinə gedə bilmədim. Hər şey qaydasına düşdükdən sonra getməyi planlaşdırıram”.

C.Məmmədov  onu da qeyd edib ki, millətimiz uzun illərdi səbirsizliklə bu günü gözləyirdi:

“Azad olunan ərazilər minalardan təmizlənəndən, rəsmi icazə veriləndən sonra hamı işğaldan azad olunmuş rayonlarımıza getməyi planlaşdırır. İnsanlarda əsl bayram ab-havası var. Hər kəs tezliklə torpaqlarımıza qayıdacağımız günü gözləyir”.

 

Mehri QURBAN

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV