Modern.az

“Ermənistan Müdafiə Nazirliyi rəsmilərinin fantaziyaları tükənmir” - AÇIQLAMA

“Ermənistan Müdafiə Nazirliyi rəsmilərinin fantaziyaları tükənmir” - AÇIQLAMA

Aktual

7 Oktyabr 2020, 16:20

Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndələrinin fantaziyaları tükənmir.


Modern.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

 

Qeyd edilib ki, işğalçı ordunun uğursuzluqlarından çıxılmaz vəziyyətdə qalan Ermənistan rəsmiləri uydurma və fantastik məlumatlar yaymaqla təsəlli tapırlar. Görünən odur ki, Ermənistan ordusunun hər gün itirdiyi mövqeləri bu ölkənin müdafiə nazirliyinin nümayəndəsi virtual aləmdə “qəhrəmancasına geri qaytarmaqla” məşğuldur.

Əslində isə onun hər dəfə bu və ya digər mövqeyin “geri qaytarılması” barədə fantastik məlumatlar verməsi Ermənistan ordusunun həmin mövqeləri itirdiyinin təsdiqidir. Qondarma rejimin və Ermənistan rəsmilərinin biri-birindən fərqli və ziddiyyətli məlumatlar yayması isə ermənilərin bu gün nə qədər acınacaqlı durumda olduğunu bir daha sübut edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV