Modern.az

Hər şey cəbhə üçün - şimal bölgəsinin bu günü

Hər şey cəbhə üçün - şimal bölgəsinin bu günü

Aktual

7 Oktyabr 2020, 17:10

Bu gün Qubanın məşhur Quba meydanında qələbəlik yaşanıb. Quba İH-nin təşkilatçılığı və birbaşa dəstəyilə rayon ictimaiyyətinin nümayəndələri cəbhəyə sovqat yola salıblar.

 

Modern.az-ın məlumatına görə, Qubanın ağ almasından tutmuş hər bir zəruri ərzaq və isti geyim, tibbi ləvazimat, siqaret və şirələr yüklənmiş 5 yük avtomaşını qaynar döyüşlərin getdiyi cəbhə bölgələrinə yola salınıb.

 

Yola salma mərasimində Quba İH başçısı Ziyəddin Əliyev və hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisə təmsilçiləri, sakinlər iştirak edib. Ziyəddin Əliyev cəbhəyə yollana avtomobil karvanında gedən insanlara xeyir-dua verib, onlara yaxşı yol arzulayıb. Daha sonra rayon rəhbəri "Orduya dəstək" kampaniyasına qoşulan hər bir qubalıya təşəkkür edib. Bildirib ki,  Ali Baş Komandan İlham Əliyevdən Azərbaycan xalqına gələn qələbə müjdəli xəbərlər davamlı olacaq.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV