Modern.az

Daşqınlar 5 nəfərin həyatına son qoydu

Daşqınlar 5 nəfərin həyatına son qoydu

Aktual

7 Oktyabr 2020, 21:56

Fransanın cənub-şərqində aramsız yağan yağışların səbəb olduğu daşqınlar nəticəsində beş nəfər ölüb.

Modern.az xəbər verir ki, bunu ölkənin prezidenti Emmanuel Makron deyib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 13 nəfər itkin düşüb.

O, qeyd edib ki, xilasedicilər itkin düşən şəxslərin axtarışlarını davam etdirəcək.

Qeyd edək ki, daşqın nəticəsində yaşayış binalarına ciddi ziyan dəyib. Nitsa şəhərindəki məktəblər və aeroport bağlanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV