Modern.az

Gürcüstanın Kaxeti bölgəsinə iki ədəd pilotsuz uçuş aparatı düşüb

Gürcüstanın Kaxeti bölgəsinə iki ədəd pilotsuz uçuş aparatı düşüb

Aktual

7 Oktyabr 2020, 23:29

Bu gün Gürcüstanın Kaxeti bölgəsinə iki ədəd pilotsuz uçuş aparatı düşüb.

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, ilk pilotsuz uçuş aparatı yerli vaxtla saat təxminən 18:35 radələrində Sagareco Bələdiyyəsinin Udabno kəndinin yaxınlığında, ikinci aparat isə 18:45-də Kvareli Bələdiyyəsinin Sanavardo kəndinin yaxınlığında qəzaya uğrayıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Həmin ərazilərdə polis və aidiyyəti qurumların mütəxəssisləri araşdırma aparır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan silah istehsalına başlayır - Şok plan üzə çıxdı