Modern.az

Novruz Aslanov seçiciləri ilə onlayn qəbul keçirdi

Novruz Aslanov seçiciləri ilə onlayn qəbul keçirdi

Aktual

13 Noyabr 2020, 10:53

Koronavirus (COVİD-19) infeksiyasına dair respublikada tətbiq olunan  məhdudiyyətlər nəzərə alınaraq millət vəkili Novruz Aslanov tərəfindən İsmayıllı rayon sakinləri ilə məsafəli qəbillar keçirilir.  

 

Modern.az xəbər verir ki, noyabrın 12-də gün ərzində millət vəkili telefon vasitəsilə fərdi qaydada İsmayıllı rayon sakinlərini maraqlandıran məsələlər və problemlər ilə maraqlanmış, bir neçə məsələ çevik olaraq həllini tapmış, digər məsələlər qeydiyyata alınmışdır. Müraciətlər əsasən sosial məsələlərlə bağlı olmuşdur. Ehtiyacı olan insanlara ərzaq və gigiyenik məhsullarla yardım edilməsi üçün millət vəkili İsmayıllı rayonundakı köməkçisinə tapşıraqlarını vermişdir. 

 

Məlumat üçün bildirək ki, hər həftənini IV günü İsmayıllı rayon seçiciləri Novruz Aslanovla  telefon vasitəsilə və onlayn formatda əlaqa saxlayırar. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu