Modern.az

İran sərhədində silahlı insident - ölən və yaralananlar var

İran sərhədində silahlı insident - ölən və yaralananlar var

Aktual

13 Noyabr 2020, 22:35

İranın şimal-qərb sərhədində silahlı insident baş verib.

 

Modern.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə yerli polisin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, hadisə cümə günü yerli vaxtla 13.50-də Qərbi Azərbaycan əyalətində baş verib.

 

Naməlum silahlı şəxslərin İran ərazisinə girməyə cəhdinin qarşısı alınan zaman üç İran sərhədçisi ölüb. 

Polisin "İnqilab əleyhinə silahlı şəxsləri" kimi təqdim etdiyi naməlum şəxslərlə atışma zamanı, həmçinin, 2 təhlükəsizlik əməkdaşı yaralanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə