Modern.az

Masazırda yaşayış binasında yanğın - Sakinlər təxliyyə olundu

Masazırda yaşayış binasında yanğın - Sakinlər təxliyyə olundu

Aktual

29 Noyabr 2020, 20:00

Abşeron rayonu, Masazır qəsəbəsində yaşayış binasında (Viktoriya yaşayış kompleksi) yanğın olub.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. 

 

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

 

İlkin məlumata görə, binanın şaxtasında elektrik naqilləri və sayğaclar yanıb. 17 nəfər bina sakini (o cümlədən 7 azyaşlı) təhlükəsiz əraziyə çıxarılıb. Yanğın söndürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...