Modern.az

Dillər Universitetində Çin arzusu Günü qeyd olunub

Dillər Universitetində Çin arzusu Günü qeyd olunub

Aktual

30 Noyabr 2020, 12:45

Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutu Çinin milli bayramı - Çin arzusu Gününə həsr olunmuş onlayn tələbə seminarı keçirib.

 

Modern.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çin arzusunun üç əsas hədəfindən - Çinin zəngin, qüdrətli, demokratik, sivilizasiyalı və sosialist dövlətinə çevrilməsi, Çin millətinin dirçəldilməsi və xalq üçün xoşbəxt həyat yaratmasından danışıb.

 

Seminarda iştirak edən ADU-nun çinşünaslıq ixtisasi üzrə təhsil alan tələbələri Azərbaycanın strateji nəqliyyat-iqtisadi qovşağı olan "İpək Yolu iqtisadi kəməri"ndə ticarət əlaqələrinin genişləndirilməsi, orta zənginlik Cəmiyyətinin yaradılması də daxil olmaqla, "Çin arzusu" konsepsiyasının yaranma tarixi, inkişafı və həyata keçirilmə şərtləri haqqında danışıblar. 

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu