Modern.az

UNEC-lə ETİ arasnda əməkdaşlıq memorandumu imzalandı

UNEC-lə ETİ arasnda əməkdaşlıq memorandumu imzalandı

Aktual

30 Noyabr 2020, 13:25

UNEC ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu arasında iqtisadi təhsil, tədqiqatlar və qiymətləndirmə fəaliyyətinin imkanlarından qarşılıqlı yararlanmaq məqsədilə Əməkdaşlıq Memorandumu imzalanıb.

 

Modern.az xəbər verir ki, memoranduma əsasən, UNEC ilə həmin qurumlar arasında ölkədə qiymətləndirmə fəaliyyətinin formalaşması və inkişafını dəstək­ləyən birgə tədbirlərin, layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi, eləcə də qiymətləndirmə sahəsində milli standartların, terminoloji lüğətlərin, təlim proqramlarının, qiymətləndirmə peşəsinin inkişafı üzrə birgə milli proqramların hazırlanması, birgə elmi tədqiqatların aparılması, forumların və konfransların keçirilməsi nəzərdə tutulub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?