Modern.az

Gədəbəydə ağır yol qəzası - xəsarət alanlar var

Gədəbəydə ağır yol qəzası - xəsarət alanlar var

Aktual

8 Mart 2021, 20:42

Gədəbəy rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Dəyirmandağ kənd ərazisində qeydə alınıb.

 

Belə ki, "VAZ-2107" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində altı nəfər xəsarət alıb.

 

Onlardan birinin, 22 yaşlı Aynurə İsmayılovanın xəsarəti daha ciddi olduğundan Gəncə şəhərində yerləşən Xəstəxanaların birinə yerləşdirilib. Digər şəxslərə ilkin tibbi yardım göstərilib.

 

Faktla bağlı araşdırma aparılır (report).

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı