Modern.az

Türkiyənin tanınmış aktyoru vəfat etdi

Türkiyənin tanınmış aktyoru vəfat etdi

Aktual

8 Mart 2021, 23:19

Türkiyənin tanınmış aktyoru Rasim Öztəkin vəfat edib.

 

Modern.az xəbər verir  ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca tvitterdə məlumat verib.

 

Onun sözlərinə görə, aktyor keçirdiyi infarktdan sonra Toraks və Ürək-Damar Cərrahiyyəsi Xəstəxanasında həkimlərin bütün müdaxilələrinə baxmayaraq, dünyasını dəyişib.

 

“Televiziya olan hər evdə ailədən biri idi. Başımız sağ olsun”, - nazir paylaşımında yazıb.

 

Qeyd edək ki, R.Öztəkin tamaşaçılara daha çox “Səksənlər” serialında Ahmet, Çağatay və Nazlının atası, Çınaraltı məhəlləsinin keçmiş icra nümayəndəsi Fehmi Özdemir rolundan tanışdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!