Modern.az

Ən çox nöqsan Xətaidə aşkarlandı

Ən çox nöqsan Xətaidə aşkarlandı

Aktual

9 Mart 2021, 09:17

Martın 1-7-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 22 642 monitorinq həyata keçirib və 1 109 nöqsan aşkar edib.

 

Modern.az xəbər verir ki, Bakı şəhəri üzrə ən çox nöqsan Xətai rayonunda (30 nöqsan), ən az isə Qaradağ və Suraxanı rayonlarında (hər birində 5 nöqsan) aşkar edilib.

 

Ən çox aşkar olunan nöqsanlar aşağıdakılardır:

 

- İşçilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi (istifadə etməmələri) və tibbi maskanın təmin edilməməsi - 931 (84 %);
- Masa (2 metr) və oturacaqlar (1 metr) arasındakı məsafə ilə bağlı tələbə riayət olunmaması - 124 (11%);

 

Ümumilikdə, 25.09.2020-ci il tarixdən etibarən AQTA tərəfindən ölkə üzrə fəaliyyət göstərən ictimai iaşə müəssisəsində 55316 monitorinq həyata keçirilmiş və 3210 nöqsan aşkarlanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi