Modern.az

Rusiya səfirinin qatillərindən 5-i ömürlük həbs olundu

Rusiya səfirinin qatillərindən 5-i ömürlük həbs olundu

Aktual

9 Mart 2021, 18:36

Ankara məhkəməsi Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli ilə bağlı cinayət işi üzrə 6 nəfərin 5 ildən 9 ilədək azadlıqdan məhrum edilməsi haqqında hökm çıxarıb.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, 28 müttəhimdən 5-nə bəraət verilib. Daha 5 nəfər isə ömürlük azadlıqdan məhrum edilib.

 

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 2016-cı il dekabrın 19-da Ankarada fotosərginin açılışında çıxış edən zaman öldürülüb. Hücum edən polis məmuru Mövlud Mərd Altundaş da polis tərəfindən zərərsizləşdirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
“İsmayıl məqamı” filminin təqdimatı keçirilib