Modern.az

Avropa İttifaqı sakinləri üçün vaksin pasportu hazırlanır

Avropa İttifaqı sakinləri üçün vaksin pasportu hazırlanır

Aktual

9 Mart 2021, 20:37

Koronavirusa qarşı peyvəndlənmiş Avropa İttifaqı (Aİ) sakinləri bu ilin mayında vaksin pasportları ala bilər.

 

Modern.az xəbər verir ki, bunu Çexiyanın xarici işlər naziri Tomaş Petrjiçek deyib.

 

O bildirib ki, Avropa Komissiyasında həmin pasportların layihəsi martın 17-dək hazır olacaq.

 

Vaksin pasportlarında peyvəndin müddəti, növü, eləcə koronavirus testi barədə məlumatlar yer alacaq. Sənədin məlumatları rəqəmsal formatda olacaq və smartfon kimi qurğularda saxlamaq mümkün olacaq.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi