Modern.az

6 yaşlı Fransa vətəndaşı Abşeronda qəzada öldü

6 yaşlı Fransa vətəndaşı Abşeronda qəzada öldü

Aktual

9 Mart 2021, 23:53

Abşeron rayonunun Saray-Novxanı şossesində yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, 1982-ci il təvəllüdlü Vəliyeva Tamella Eldəniz qızı idarə etdiyi “Hyundai” markalı nəqliyyat vasitəsi ilə beton arakəsməyə çırpılıb. 

Avtomobil aşıb. Nəticədə sürücü T.Vəliyeva, sərnişinlər 2014-cü il təvəllüdlü Rabbath Rafael Nadim Sirli Kərim və 2011-ci il təvəllüdlü Rabbath Selin Maria Sirli Kərim ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin səyimə baxmayaraq, 2014-cü il təvəllüdlü Rabbath Rafael Nadim Sirli Kərim dünyasını dəyişib. 

 

Qeyd edək ki, ölən və xəsarət alan sərnişinlər Fransa vətəndaşlarıdır (apa).

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
“İsmayıl məqamı” filminin təqdimatı keçirilib