Modern.az

140 konqresmen Baydeni İranla razılaşmağa çağırdı

140 konqresmen Baydeni İranla razılaşmağa çağırdı

Aktual

10 Mart 2021, 01:00

ABŞ prezidenti Co Baydenə İranla razılığa gəlməsi üçün çağırış sənədinə 140 konqresmen imza atıb.  

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, müvafiq məktub Dövlət katibi Entoni Blinkenə göndərilib. Çağırış məktubunu konqresin üzvü olan hər partiyadan 70 nəfər imzalayıb.

 

Məktubu imzalayanlar Baydeni İranın nüvə və ballistik raket proqramını məhdudlaşdırmaq məqsədilə bu ölkəylə razılığa gəlməyə çağırıblar.

 

Qeyd edək ki, altılıq ölkələri (ABŞ, Britaniya, Fransa, Almaniya, Çin, Rusiya) və İran arasında sonuncunun nüvə araşdırmalarının məhdudlaşdırılması barədə razılıq 2015-ci ildə əldə olunub.

Lakin 2018-ci ildə Tramp ABŞ-ın birtərəfli qaydada razılaşmadan çıxdığını bəyan edib. 2019-cu ildə isə İran razılaşma çərçivəsində öz öhdəliklərinin tədricən azaldılmasını bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?