Modern.az

Bakıda evdən qadın meyitləri tapıldı

Bakıda evdən qadın meyitləri tapıldı

Aktual

11 Mart 2021, 13:39

Suraxanıda evdən 72 və 42 yaşlı iki qadın meyiti tapılıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda 2 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1949-cu il təvəllüdlü Rəhimova Səidə Fikrət qızının və 1979-cu il təvəllüdlü Rəhimova Kəmalə Hacıağa qızının meyitlərini aidiyyəti üzrə təhvil veriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?