Modern.az

Bakıda "BMW" aşdı - ölən var

Bakıda

Aktual

12 Mart 2021, 09:40

Bakıda yol qəzası olub.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda “BMW” markalı minik avtomobilinin aşması barədə məlumat daxil olub.

 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri və 1994-cü il təvəllüdlü Mədətov Şahin Gülverdi oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?