Modern.az

Dövlət İmtahan Mərkəzi 3 günlük sükut elan etdi

Dövlət İmtahan Mərkəzi 3 günlük sükut elan etdi

Aktual

12 Mart 2021, 09:56

Dövlət İmtahan Mərkəzi (DİM) təqdim etdiyi elektron xidmətlərdən istifadə edənlərə xəbərdarlıq edib.

 

Modern.az xəbər verir ki, mərkəzə məxsus server infrastrukturunun yeni ünvana köçürülməsi ilə əlaqədar 17,18,19 mart tarixlərində qurumun bütün elektron xidmətlərinin və informasiya sistemlərinin, o cümlədən “Tələbə-məzun”, “Şagird-məzun”, “Musiqi məktəbi-məzun” sistemi, “Dövlət qulluqçularının Reyestri” informasiya sisteminin fəaliyyətinin dayandırılması planlaşdırılır.

 

Qeyd edək ki, bu müddət ərzində mərkəzin internet saytının digər bölmələri işlək vəziyyətdə olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi