Modern.az

Gürcüstandan Azərbaycana gətirilən spirtli içkilər yararsız çıxdı

Gürcüstandan Azərbaycana gətirilən spirtli içkilər yararsız çıxdı

Aktual

12 Mart 2021, 15:05

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı “Gemini” MMC tərəfindən Gürcüstandan ölkəmizə idxal edilən “Çaça Gold” əmtəə nişanlı spirtli içki məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.

 

AQTA-dan Modern.az-a verilən məlumata görə, baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsulu partiyasında metil spirtinin həcm payının texniki normativ sənədlərə uyğun olmadığı və istehlak üçün yararsız olduğu aşkar edilib.

 

Agentlik tərəfindən istehlak üçün yararsız, ümumi çəkisi 135 kq (126 ədəd) olan spirtli içki məhsulu partiyasının satış şəbəkəsinə daxil olmasının qarşısı alınıb və qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?