Modern.az

Polis tapança satmaq istəyən şəxsi saxladı

Polis tapança satmaq istəyən şəxsi saxladı

Aktual

12 Mart 2021, 20:17

Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis bölməsi əməkdaşlarının Məmmədli kəndi ərazisində keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı Bakı şəhər sakini, 65 yaşlı Cənnət Məcidov saxlanılıb.

 

Modern.az xəbər verir ki, onun üzərindən bir ədəd “Makarov” tipli tapança aşkar edilərək maddi sübut kimi götürülüb.

 

O, tapançanı 200 manata tanımadığı şəxsdən aldığını və Məmmədli kəndində satmaq istədiyini bildirib.

 

Qeyd edək ki, Cənnət Məcidov 7 dəfə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...