Son günlər baş verənlərin fonunda bu hadisə yadıma düşdü. Bir neçə il öncə ilk dəfə olaraq Azərbaycan jurnalistləri Livana səfər etmişdi. Bu səfər Livanda elə böyük əks-səda doğurmuşdu ki, hətta ölkəyə səfərimizdən öncə Livan KİV-lərində, televiziyalarında bu barədə informasiyalar yayılmışdı. Prezident, baş nazir, parlamentin sədri, xarici işlər naziri, ümumiyyətlə, ölkənin bütün rəsmiləri tərəfindən qəbul edilən Azərbaycan jurnalistlərinin səfəri Livanda böyük üstünlük təşkil edən ermənilər tərəfindən birmənalı qarşılanmadı.
(Bu barədə daha ətraflı yazacağam-A.S)
Hələlik isə bir erməninin etirafı barədə qeydlərimi diqqətinizə çatdırmaq istəyirəm. Livanın Nazirlər Kabinetində işləyən bu erməni (öncə onun kim, nə olduğunu bilmirdik-A.S) bizə yaxınlaşıb, onu beş dəqiqə dinləməyimizi xahiş etdi. Özünü təqdim edəndən sonra ilk olaraq mənə dedi ki, “necə nifrətlə baxdığınızı gözlərinizdən görürəm”. Əslində, düz deyirdi...
Çoxdan Fransadan köcüb Livana gələn ailələrdən birinin nümayəndəsi olan bu erməni elə Livandakı erməni lobbisinin təzyiqi ilə Qarabağa döyüşə göndərilir. Onun dediklərini olduğu kimi yazıram:
“Nə atam, nə də babam Ermənistanı, Qarabağı görmüşdü. Lakin biz erməni idik. Burada bizə azərbaycanlılar, türklər barədə elə ağılagəlməz sözlər danışırdılar ki. Bir düşmən obrazı yaratmışdılar. İlk olaraq bizi Ermənistana, oradan Qarabağa apardılar. Mən elə həmin gün başa düşdüm ki, hər şey ermənilərin söylədiklərinin əksinədir. Onlar sizin torpaqlarınızı işğal ediblər. Xocalı kimi dəhşətli bir soyqırımı törədiblər və bununla “fəxr” edirlər. Onların vəhşiliyini görəndən sonra erməni olduğum üçün utandım. Çox böyük çətinliklərdən sonra oradakı rejimə, vəhşiliyə nifrət edən bir neçə nəfərin köməyi ilə Livana döndüm. İndi də orada – Qarabağda ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər, dəhşətli hadısələr yadımdan çıxmır. Düzdür onlar (erməniləri nəzərdə tutur-A.S.) bilsələr ki, belə sözlər danışıram, bir gün belə sağ buraxmazlar məni... Ona görə adımı çəkməməyinizi xahiş edirəm...”.
Həmkarlarım da şahiddirlərki, mən ona – “qorxma, biz ermənilər kimi qorxaq və satqın deyilik. Sənin nə adın, nə də etirafların bizim üçün maraqlıdır. İlanın ağına da lənət, qarasına da...” - söylədim. İnanmıram ki, yer üzündə hansısa erməni adlanan bir zərərli canlı səmimi ola bilər. Onu da qeyd edim ki, jurnalist kimi fəaliyyətə başladığım vaxtdan həm peşəmlə, həm də təhsilimlə bağlı dünyanın müxtəlif ölkələrində - Yaponiyada, Rusiyada, Belçikada, Avstryada, Suriyada, Livanda, Misirdə... həmişə bu pisliklərlə (ifadəmə görə üzr istəyirəm) qarşılaşmalı olmuşam. Livanda və Yaponiyada isə bu qarşılaşma ən yumşaq formada desəm, qarşıdurma həddinə çatmışdı.
Ermənilərin nə qədər cılız tayfa olduğunu vurğulamağa ehtiyac belə yoxdur. Hətta 1999-cu il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü gücləri heç nəyə çatmayanda Azərbaycanın Beyrutdakı Fəxri Konsulluğunun binasını gülləbaran etmişdilər. Xalqımızın yaxın dostu, Azərbaycanın Lıvandakı fəxri konsulu Nəzih Qəssum o zaman bizə güllələrdən deşik-deşik olmuş divarları göstərib dedi ki, Allah istəyib ki, iş vaxtı olmayıb, heç kim buradan sağ çıxmazdı. Erməni xislətinə “sadiq” olaraq bu terror hadisəsini də gecə ikən törədiblər. Binadakı güllə yerləri olduğu kimi qalırdı.
(ardı var)
Ağanisə Sultanova
AzTV-nin əməkdaşı