Modern.az

“Bəy hamamı”nda 8 nəfər cərimələndi

“Bəy hamamı”nda 8 nəfər cərimələndi

Aktual

9 Aprel 2021, 10:39

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, İmişli RPŞ-yə rayon ərazisindəki “Bəy hamamı”nın karantin qaydalarına zidd olaraq fəaliyyət göstərməsi barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar adıçəkilən ünvana baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu aşkar edilib.

 

Polis əməkdaşları tərəfindən obyekt işçiləri və müştərilər daxil olmaqla 8 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı