Modern.az

Ukraynada “vətəndaş müharibəsi” başlaya bilər - Peskov

Ukraynada “vətəndaş müharibəsi” başlaya bilər - Peskov

Aktual

9 Aprel 2021, 20:27

Donbasda situasiya fövqəladə şəkildə qeyri-stabildir.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

 

Onun sözlərinə görə, Ukraynanın davranışı və situasiyanın inkişaf dinamikası genişmiqyaslı döyüş fəaliyyətlərinin və “vətəndaş müharibəsi”nin yenilənməsi təhlükəsini yaradır.

 

Peskov Ukraynada vətəndaş müharibəsinin Rusiyaya təhdid olduğunu da vurğulayıb.

 

Ekspertlərin fikrincə, Rusiya Donbas separatçılarını birbaşa dəstəklədiyini və orada hərbçiləri olduğunu etiraf etmədiyi üçün bunu “vətəndaş müharibəsi” adlandırmağa meyillidir.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!