Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu,24 yaşlı şəhid Səbuhi Babək oğlu Hüseynli ilə Xaçmazın Maqsudkənd kəndində vida mərasimi olub.
Modern.az xəbər verir ki, Vətən Müharibəsində gedən döyüşlərdə kəşfiyyat qrupunun üzvü kimi iştirak edən maxe Hüseynli 6 ay idi komada idi.Oktyabrın 26-da Xocavənddə aldığı qəlpə yarasından baş-beyninin zədələnməsi səbəbindən Hüseynli elə o vaxtdan Silahlı Qüvvələrin Baş Kliniki Hospitalında və Neyrocərrahiyyə Xəstəxanasında müalicə olunurdu."YAŞAT "Fondunun dəstəyilə Gülhanədən gələn həkimlər də yerli həkimlərlə birgə onu müayinə edərək müalicəsini aparırdı.Təəssüf ki,24 yaşlı hərbi qulluqçumuz Səbuhi Hüseynli komadan heç ayılmadı və ötən gün xəstəxanada dünyasını dəyişib.
Şəhid hərbiçimizin dəfnində Xaçmaz ictimaiyyətinin nümayəndələri,yerli İh,hüquq-mühafizə orqanlarının,Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbərləri,qulluq etdiyi MN-nin Qusardakı hərbi hissəsinin əməkdaşları , kənd sakinləri iştirak edib.Xaçmaz İH başçısı Elnur Rzayev şəhidin doğmalarına dərin hüznlə başsağlığı verib,dərdlərinə şərik olub.Rayon rəhbəri Səbuhinin döyüşlərdə göstərdiyi şücaətlərdən danışaraq onun Qarabağ uğrunda gedən vuruşmalarda fəal iştirak etdiyini ,qəhrəmançıq göstərərək şəhidlik zirvəsinə ucalmasından danışıb .Bildirib ki,"Səbuhi kimi igid oğullarımız Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti və uzaqgörən siyasəti nəticəsində Qarabağı xalqa qaytardılar və onların hər biri qürur ,iftixar yerimizdir.Unudulmayacaqlar".
Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhid Səbuhi Hüseynlinin cənazəsi bükülmüş Azərbaycan bayrağını şəhidin 2 yaşlı oğlu,ata babasının adını daşıyan balaca Babəkə təqdim edib. Sonda şəhid Səbuhi Hüseynlinin xatirəsinə 3 dəfə yaylım atəşı açılıb.Şəhid torpağa tapşırılarkən hərbi hissənin orkestri Azərbaycanın Dövlət Himnini ifa edib.
Qeyd edək ki,Xaçmazdan olan maxe Səbuhi Hüseyli aprel 2020-ci ildən Qusardakı hərbi hissədə işləgirdi.Vətən mühsribəsi başlayanda şəxsi heyətlə birgə cəbhəyə gedib və kəşfiyyat qrupunun tərkibində düşmənə qarşı əməliyyatlarda iştirak edib.Səbuhi Hüseynli Müdafiə Nazirliyinin Qusardakı hərbi hissəsinin 108-ci,Xaçmazın isə 48 -ci şəhidi oldu.Nur içində yat, Səbuhi. Sizlər ölməmisiniz!!!

Aytəkin ALXASLI