Modern.az

Araik Arutyunyana cinayət işi açıldı

Araik Arutyunyana cinayət işi açıldı

Aktual

16 Aprel 2021, 16:00

Separatçı rejim qalıqlarının “başçı”sı Araik Arutyunyan cinayət işlərinin biri ilə bağlı dindirilməyə çağırılacaq.

 

Modern.az “newsarmenia.am” saytına istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

 

Bildirilib ki, onun barədə cinayət işi Ermənistan Cinayət Məcəlləsinin 312-maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə (konstitusiya quruluşunun devrilməsi) qaldırılıb.

 

A. Arutyunyanın nə zaman dindiriləcəyi barədə əlavə məlumat veriləcəyi qeyd olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!