Modern.az

Türkiyə səfiri Azərbaycanı tərk etdi

Türkiyə səfiri Azərbaycanı tərk etdi

Aktual

16 Aprel 2021, 22:40

Türkiyənin Azərbaycanda diplomatik fəaliyyəti başa çatan fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Bakını tərk edib.

 

Modern.az xəbər verir ki, diplomat bu gün ölkəsinə qayıdıb.

 

E.Özoral 2016-cı ildən Türkiyənin Azərbaycandakı səfiri vəzifəsində çalışıb. Onun səlahiyyət müddəti aprel ayında başa çatıb.

 

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Cahit Bağçı Azərbaycana səfir təyin olunub.

Yeni səfirin yaxın günlərdə Azərbaycana gələcəyi gözlənilir (report).

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!