Modern.az

Rusiyanın yeddi şəhərindən Bakıya birbaşa aviareyslər açıldı

Rusiyanın yeddi şəhərindən Bakıya birbaşa aviareyslər açıldı

Aktual

20 May 2021, 12:15

"Ural Airlines" aviaşirkəti Rusiyanın yeddi şəhərindən Bakıya birbaşa aviareyslər üzrə uçşulara başlayır.

 

Modern.az xəbərə verir ki, bu barədə aviadaşıyıcının məlumatında deyilir.

 

"Mayın 29-dan etibarən Bakıya Krasnoyarskdan, mayın 31-dən Omsk, Novosibirsk vəNijni Novqoroddan, iyunun 3-dən Perm və Mineralnıye Vodıdan, iyunun 4-dən isə Samaradan birbaşa aviareyslər üzrə həftəlik uçuşlara başlanacaq", - məlumatda deyilir.

 

Hazırda aviaşirkət Yekaterinburq-Bakı aviareysi üzrə uçuşlar yerinə yetirir.

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı