Modern.az

Çingiz Mustafayev adına Fond yeni müsabiqə ELAN ETDİ

Çingiz Mustafayev adına Fond yeni müsabiqə ELAN ETDİ

Aktual

20 May 2021, 13:09

Milli Qəhrəman Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupu İkinci Qarabağ müharibəsində erməni işğalçıları üzərində qazan;lan qələbə münasibətilə “Gəlin dönək evə” mövzusunda hərbi-vətənpərvərlik mahnı müsabiqəsi elan edib.

Modern.az müsabiqənin şərtlərini təqdim edir:

 


  1. 1. Müsabiqə aşağıdakı janrlar üzrə keçirilir:

 

marş, bard (gitara ilə müşayiət), rok,  müəllif mahnıları, vals.

 

  1. Müsabiqədə hər mövzu (və ya janr) üçün bir yer və bir mükafat nəzərdə tutulub.

 

  1. “Ən yaxşı Marş”
  2. “Ən yaxşı Qələbə mahnısı”
  3. “Ən yaxşı Əsgər və şücaət mahnısı”
  4. “Ən yaxşı Əsgər və məhəbbət mahnısı”
  5. “Ən yaxşı Vətənpərvər mahnı”

 

  • Mükafatlandırma:

Hər bir mükafat üçün 1 000 (bir min) manat nəzərdə tutulub. Bundan əlavə, qaliblərə xatirə hədiyyələri də təqdim olunacaq.

 

  1. Müsabiqənin şərtləri

Müsabiqəyə yalnız elan olunmuş mövzulara dair bəstələnmiş mahnılar qəbul ediləcək.

Müsabiqəyə materiallarln qəbuluna dair son tarix 15 iyun 2021-ci ildir.

Müsabiqədə arzu edən hər kəs iştirak edə bilər. 

 

  1. Mahnıların təqdim edilməsi

Müsabiqə üçün bəstələr wetransferə yüklənə bilər, həmçinin istənilən daşıyıcıda verilə bilər. Format: Mp3

 

E~mail ünvanı aşağıdakı kimidir:

 

[email protected]

 

Təqdimat məktubunda yer almalıdır:

Bəstə təqdim edən şəxsin əlaqə vasitələri - ev və ya iş telefonu, mobil telefonu, e-mail ünvanı.

 

  1. Qaliblərin elan edilməsi

 

Qaliblər Milli Qəhrəman Çingiz Mustafayevin doğum günündə - 29 avqust 2021-ci il tarixdə elan ediləcək.

 

Əlaqə telefonu:

 

(012) 345 45 08


(051) 206 42 70

 

 

VII. Münsiflər heyətinin tərkibi aşağıdakılardır:

 

Cavanşir Quliyev

 Sabir Rüstəmxanlı

Cahangir Zülfüqarov

Seyfulla Mustafayev

Vahid Mustafayev

Rasim Müzəffərli

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı