Modern.az

Qalmaqallı erməni deputat seçkilərdə iştirakdan İMTİNA ETDİ

Qalmaqallı erməni deputat seçkilərdə iştirakdan İMTİNA ETDİ

Aktual

20 May 2021, 13:46

““Çiçəklənən Ermənistan” Partiyasının baş katibi vəzifəsindən istefa verərək, qarşıdakı seçkilərdə iştirak etməyəcəyəm”.

Modern.az xəbər verir ki, bunu Ermənistan parlamentinin qalmaqallı deputatı Naira Zohrabyan Facebook səhifəsində yazıb.

O, Ermənistan dövlətçiliyini  Paşinyan hakimiyyətindən xilas etmək üçün bütün qüvvələri birlikdə mübarizəyə səsləyib.

Zohrabyan Paşinyan hakimiyyətilə mübarizə cəbhəsində qətiyyətlə fəaliyyətinə davam edəcəyini vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı