Modern.az

“Azərbaycanda Rusiya ilə münasibətlərə çox dəyər verirlər” - Baş nazir

“Azərbaycanda Rusiya ilə münasibətlərə çox dəyər verirlər” - Baş nazir

Aktual

20 May 2021, 14:42

Rusiyada rəsmi səfərdə olan Azərbaycanın Baş nazir Əli Əsədovla bu ölkənin Baş naziri Mixail Mişustin arasında danışıqlar başlayıb.

 

Modern.az xəbər verir ki, görüş əsnasında Baş nazir Ə.Əsədov bildirib:

 

“Xalqlarımız arasında əsrlərlə əməkdaşlıq və qarşılıqlı anlaşma telləri bərqərar olub. Azərbaycanda Rusiya ilə münasibətlərə çox dəyər verirlər. Bu münasibətlər prezidentlərimizin fərdi töhfələri və siyasi iradəsi sayəsində strateji tərəfdaşlıq səviyyəsinədək yüksəlib və uğurla inkişaf edir”.

 

Baş nazir rusiyalı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı